Oğul Kim ata Kimi təkrarladı VİDEO FOTO


Digərləri 29 Mar 2018 11:01:00 284 0

Oğul Kim ata Kimi təkrarladı  VİDEO  FOTO

Cənubi Koreya hökumətinin sözçüsü deyib ki, Pekində keçirilən Çin sədri Şi Tsinpin və Şimali Koreya lideri Kim Con Un arasında görüş Koreya yarımadasında sülhün bərqərar olmasına kömək edə bilər.

Son.az "Amerikanın Səsi"nə istinadən bidirir ki, sözçünün bu şərhlərindən öncə, Çinin rəsmi xəbər agentliyi Pxenyanın Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasında və Birləşmiş Ştatlar ilə görüş keçirmək niyyətində olması ilə bağlı Kimdən sitat gətirmişdi.

Yaponiyanın baş naziri çərşənbə günü bildirib ki, Kimin Çinə etdiyi səfəri təhlil edilir.

Yaponiyanın baş naziri Şinzo Abe: "Biz Şimali Koreyadan konkret addımlar görməyənə qədər embarqonu qaldırmayacayıq."

Lakin hələlik Yaponiya, Cənubi Koreya, Birləşmiş Ştatları və beynəlxalq icmanı qane etmək üçün Kimin nə qədər irəli addım atacağı aydın deyil. Belə ki, Şimali Koreyanın nüvə iddiası ölkə daxilində çox fəal şəkildə təbliğ edilir.

Kimin Çinə səfəri hər iki tərəf üçün faydalı ola bilər. Bu yolla, Pekinin ABŞ və Şimali Koreya ilə görüşdən kənarda qalacağı narahatlığını aradan qaldırıldı.

Ümumiyyətlə, Şimali Koreya Xalq-Demokratik Respublikasının başçısı Kim Çen Inın Çinə səfəri və Pekində Çinin sədri Si Szinpinlə görüşü Qərb üçün "soyuq duş" olub.

Avropada təhsil almasına və Qərb mədəniyyətinə böyük sayğısına rəğmən Kim Çen In dövlət başçısı olandan xaricə səfər etməmişdi.

Fəqət bu dəfə o, zirehli qatarla Pekinə yollanmaq qərarına gəlib. O, mərhum atası Kim Çen İrin adətini təkrarlayıb. Kim Çen İr də imkan düşdükcə xaricə məhz zirehli qatarla yollanmağa üstünlük verirdi.


Xəbərə aid fotolar