Kriptovalyuta bazarında nə baş verir?


Dünya 29 Mar 2018 10:58:00 196 0

Kriptovalyuta bazarında nə baş verir?

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollardan da aşağı satılır.

Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,72% ucuzlaşaraq 7,756 min dollar təşkil edib.