Bakının bir sıra yollarında tıxac var


Digərləri 29 Mar 2018 10:42:00 243 0

Bakının bir sıra yollarında tıxac var

Bu gün səhər saatlarında Bakı şəhəri ərazisindəki bəzi mərkəzi küçə və prospektlərdə tıxac yaranıb.

Son.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov report-a bildirib ki, tıxacların yaranmasına səbəb mərkəzi küçə və prospektlərdə aparılan təmir işləri ilə bağlıdır: "Hazırda Bakı şəhəri ərazisindəki küçə və prospektlərdə əsaslı təmir və yenidənqurma işləri aparılır. Babək prospektində aparılan təmir işləri ilə bağlı artıq bir müddətdir yol birtərəfli istifadə olunur. 

Bundan başqa, Nərimanov rayonu ərazisindəki küçə və prospektlərdə yollara asfalt örtüyü döşənir və təmir işləri aparılır. İdman oyunları ilə əlaqədar şəhərin Səməd Vurğun, Üzeyir Hacıbəyli və Xəqani küçələrində yolların asfalt örtüyü yenilənir və təmir işləri aparılır. Bu səbəbdən də yalnız səhər saatlarında sözügedən küçə və prospektlərdə, eyni zamanda bu küçələrə birləşən yollarda nəqliyyatın hərəkəti müəyyən qədər çətinləşir və tıxac əmələ gəlir. Günün digər saatlarında isə Bakı şəhəri ərazisində tıxac müşahidə edilmir".