Xalq artistlərini ayağa qaldıran, Elnarə Abdullayevanı ağladan ifa FOTO


Kriminal 29 Mar 2018 10:48:00 459 0

Xalq artistlərini ayağa qaldıran, Elnarə Abdullayevanı ağladan ifa  FOTO

Son.az-a daxil olan məlumata görə, xanəndə Eldəniz Məmmədov solo konsert verib.

Belə ki, iki gün konsert verən xanəndə gecədə ən sevilən mahnılarını səsləndirib. Xanəndəni bu konsertdə həmkarları, ustad sənətkarlar da tək qoymayıb. Xalq artistləri Arif Babayev, Zabit Nəbizadə, Dədə Süleyman, Elnarə Abdullayeva və s. sənət yoldaşları gecədə xanəndəyə dəstək olub. Eldənizin "Çırpınırdı Qara dəniz" mahnısı gecəyə damğasını vurub. Belə ki, xanəndənin ifası zamanı Elnarə Abdullayeva göz yaşlarını saxlaya bilməyib. Konsertdə yaşanan ən maraqlı hadisə isə xanəndəni ustad sənətkarların ayaqüstə alqışlamaları olub.


Xəbərə aid fotolar