Messi tibbi müayinədən keçəcək


İdman 29 Mar 2018 10:48:00 249 0

Messi tibbi müayinədən keçəcək

İspaniyanın "Barcelona" klubunun ulduz futbolçusu Lionel Messi tibbi müayinədən keçəcək.

Goal.az-ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverdo məlumat verib.

O, argentinalı futbolçunun fiziki durumu haqqında məlumatlı olmadığını söyləyib: "Messi cümə axşamı tibbi müayinədən keçəcək. Daha sonra onun vəziyyətini qiymətləndirə bilərik. O, La Liqanın son matçında - "Athletic"lə qarşılaşmada yaxşı təsir bağışladı. Ümid edirik ki, onun ciddi zədəsi yoxdur."

Qeyd edək ki, Lionel Messi Argentina milli komandasının heyətinə dəvət alsa da, İtaliyanı 2:0 hesabı ilə məğlub etdikləri və İspaniyaya 1:6 uduzduqları matçlarda forma geyinməyib.