Kriptovalyuta bazarında nə baş verir? - Virtual pullar çökür


Digərləri 29 Mar 2018 10:25:58 198 0

Kriptovalyuta bazarında nə baş verir? - Virtual pullar çökür

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Bakı. Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir. Trend-in məlumatına görə, ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollardan da aşağı satılır. Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,72% ucuzlaşaraq 7,756 min dollar təşkil edib.