Curiosity aparatı Marsdakı 2000ci gününü qeyd edir


Digərləri 29 Mar 2018 08:55:00 238 0

Curiosity aparatı Marsdakı 2000ci gününü qeyd edir

NASA tərəfindən 2011-ci ildə kosmosa göndərilən və 2012-ci ildə Marsın səthinə enən Curiosity kosmik aparatı planetdəki 2000-ci gününü dünən başa vurdu. 2011-ci ildə kosmosa göndərilən və 6 avqust 2012-ci ildə Marsda Gate kraterinə enən kosmik aparat qırmızı planetə endiyi gündən bu günə qədər 154 kilometr yol qət edib.

Son.az technote.az-a istinadən bildirir ki, kosmik aparatın istifadə müddətinin 700 gündən sonra başa çatacağı güman edilirdi. Amma Curiosity demək olar ki, 3 dəfə çox orada qala bildi. Hər bir halda bu onun problemlər yaşamadığı anlamına gəlmir. Əvvəla kosmik aparatın performansında müəyyən düşmələr var. Artıq daha yavaş hərəkət edən Curiosity-nin gövdə və şinlərində hava şərtlərindən qaynaqlanan aşınmalar yaranmağa başlayıb.