ABŞda “Facebook” haqqında təhqiqat başladı


Digərləri 29 Mar 2018 08:31:00 224 0

ABŞda “Facebook” haqqında təhqiqat başladı

ABŞ Federal Ticarət Komissiyası milyonlarla istifadəçinin şəxsi məlumatlarının yayılması faktı ilə əlaqədar "Facebook" haqqında təhqiqata başlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə komissiyanın martın 26-da verdiyi rəsmi açıqlamada bildirilib.

Qurum sosial şəbəkənin istifadəçilərin gizli məlumatlarının müdafiəsini necə təşkil etməsini yoxlayacaq. "Federal Ticarət Komissiyası mətbuatda yayılan informasiyalara çox ciddi yanaşır və "Facebook"da konfidensiallıq qaydalarına riayət olunmaması məsələsindən ciddi narahatlıq keçirir. Komissiya təsdiqləyir ki, bu qaydalarla bağlı təhqiqat aparır", - deyə açıqlamada bildirilir.

Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Vera Yurova da "Facebook"a qarşı tədbir görəcəklərini açıqlayıb.