"Yaşıl bazar"da dava : gənc oğlan bıçaqlanıb


Digərləri 29 Mar 2018 08:38:00 309 0

"Yaşıl bazar"da dava : gənc oğlan bıçaqlanıb

Hadisə mübahisə zəminində baş verib

Bakının Nərimanov rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

Son.az "Report"a istinadən bildirir ki, "Yaşıl bazar"da satıcı işləyən 1991-ci il təvəllüdlü Məmmədov Vasif Sədullah oğlu tanımadığı şəxslə mübahisə edib.

O, əvvəlcə naməlum şəxs tərəfindən döyülüb, ardınca isə bədən nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.