Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi


Digərləri 29 Mar 2018 08:15:00 230 0

Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi

"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberq istifadəçilərin gizli məlumatlarının yayılması məsələsi ilə əlaqədar Britaniya parlamentinə ifadə verməyə getməyəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

M. Zukerberq "Cambridge Analytica" şirkəti ilə bağlı araşdırma aparan parlament komitəsinin sədri Demian Kollinz tərəfindən dəvət olunmuşdu. Lakin "Facebook" şirkəti M. Zukerberqin yerinə şirkətin yüksək vəzifəli əməkdaşları - Mayk Şrepfer və ya Kris Koksu Londona göndərmək qərarına gəlib. "Biz ictimaiyyətin və parlament üzvlərinin bu məsələlərdə maraq səviyyəsini tam qəbul edir və problemlərin ən yüksək səviyyədə həllinin zəruriliyi barədə insanların rəyini dəstəkləyirik", - deyə şirkətin açıqlamasında bildirilir.