Yasamalda dava nəticəsində sürücü bıçaqlanıb


Sosial 29 Mar 2018 08:09:15 246 0

Yasamalda dava nəticəsində sürücü bıçaqlanıb

Yaralı xəstəxanaya yerləşdirilib

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Statistika dairəsi kimi tanınan ərazidə 1982-ci il təvəllüdlü Eyvazov Orxan Fərhad oğlu idarə etdiyi avtomobildən düşərək tanımadığı şəxslə əlbəyaxa dava edib və nəticədə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.