Göygöl rayonunda yeniyetmə oğlan bıçaqlanıb


Sosial 29 Mar 2018 00:32:48 263 0

Göygöl rayonunda yeniyetmə oğlan bıçaqlanıb

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2003-cu il təvəllüdlü Gəncə şəhər sakini Mobil İbrahimov mübahisə zəminində üz nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.