Ötən il İrandan Azərbaycana gələn turistlərin sayı 360 minə çatıb


Digərləri 29 Mar 2018 07:36:00 240 0

Ötən il İrandan Azərbaycana gələn turistlərin sayı 360 minə çatıb

2016-cı ildə bu rəqəm 240 min nəfər təşkil edib

"Son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb".

Son.az "Report"a istinadən bildirir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə mətbuata birgə bəyanatı zamanı deyib.