Misirdə güclü qum qasırğası baş verib


Dünya 29 Mar 2018 07:24:47 400 0

Misirdə güclü qum qasırğası baş verib

Təbii fəlakətdən ölkənin daha çox cənub əyalətləri əziyyət çəkib

Çərşənbə günü Misirdə güclü qum qasırğası baş verib.

“Report” xəbər verir ki, təbii fəlakətdən ölkənin daha çox cənub əyalətləri əziyyət çəkib.

Bir çox əyalətlərdə görüntünün son dərəcə zəif olması səbəbindən şəhərlərarası sürət yolları bağlanıb. Ğurdaqa, Nuveybə və şimal paytaxtı İsgəndəriyyədə böyük limanlar bağlanıb. Qumlu küləyin sürətinin saatda 20 metrə çatdığı ərazilərdə elektrikötürücü xətlərin aşması nəticəsində enerji təchizatı dayandırılıb.

"Əl-Əhram" nəşrinin məlumatına görə, fırtına respublikanın bir çox hava limanlarının bağlanmasına gətirib çıxarıb.