Cəlilabadda "təcili yardım"ın həkim və sürücüsünu


Digərləri 29 Mar 2018 07:24:00 296 0

Cəlilabadda "təcili yardım"ın həkim və sürücüsünu

Təcili yardım maşınının ön şüşəsi sındırılıb

Cəlilabad şəhərində çağırışa gedən "təcili yardım" maşınının həkim və sürücüsü döyülüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün gecə saat 00:30 radələrində şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü xəstə Məmmədov Ərəstun Zöhrab oğlu və onun ailə üzvləri "təcili yardım" maşınının 1960-cı il təvəllüdlü sürücüsü Babayev Muxtar Xasay oğlu və 1979-cu il təvəllüdlü həkim Sadıqov Ruslan Meybulla oğlunu döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. "Təcili yardım" maşınının ön şüşəsi onlar tərəfindən sındırılaraq yararsız hala salınıb.

Məlum olub ki, "təcili yardım" Ə.Məmmədovun ürəyi bulandığı üçün çağırılıb.

Cəlilabad rayon Polis şöbəsi hadisə barədə məlumatlandırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar