Mənəvi Dəyərlərin Təbliği Fondu işçilərinin aylıq vəzifə maaşları artırılıb


İqtisadiyyat 29 Mar 2018 01:32:13 446 0

Mənəvi Dəyərlərin Təbliği Fondu işçilərinin aylıq vəzifə maaşları artırılıb

Bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb

Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli aşağıdakı kimi müəyyən edilib:

Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları

Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla) İcraçı direktor 1265 İcraçı direktorun müavini 985 Şöbə müdiri, baş mühasib 649 Baş məsləhətçi 451 Aparıcı məsləhətçi 429 Məsləhətçi 418 Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 220 Sürücü 242 Xadimə 171