Cəlilabadda "təcili yardım"ın sürücüsü və həkimi çağırışçılar tərəfindən döyülüb


Sosial 29 Mar 2018 01:20:35 332 0

Cəlilabadda "təcili yardım"ın sürücüsü və həkimi çağırışçılar tərəfindən döyülüb

"Təcili yardım" maşınının ön şüşəsi sındırılaraq yararsız hala salınıb

Cəlilabad rayonunda "təcili yardım" maşınının sürücüsü və həkimi çağırışçılar tərəfindən döyülüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə 00:30 radələrində Cəlilabad şəhərinin Əhməd Cavad küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan çağırışçı, 45 yaşlı Ərəstun Zöhrab oğlu Məmmədov və onun ailə üzvləri "təcili yardım" maşınının sürücüsü, 1960-cı il təvəllüdlü Muxtar Xasay oğlu Babayevi və həkim, 1979-cu il təvəllüdlü Ruslan Meybulla oğlu Sadıqovu döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Həmin şəxslər tərəfindən təcili yardım maşınının ön şüşəsini sındırılaraq yararsız hala salınıb.

Artıq bu barədə Cəlilabad rayon Polis şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.