Azərbaycan və İran dərman istehsalı və səhiyyə sahəsində əməkdaşlığı genişləndirə bilər


İqtisadiyyat 29 Mar 2018 00:58:39 285 0

Azərbaycan və İran dərman istehsalı və səhiyyə sahəsində əməkdaşlığı genişləndirə bilər

Bunu İran prezidenti Həsən Ruhani deyib

Azərbaycan və İran dərman istehsalı və səhiyyə sahələrində əməkdaşlığı genişləndirə bilər.

“Report” xəbər verir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra İran prezidenti Həsən Ruhani Azərbaycan rəhbəri İlham Əliyev ilə mətbuata birgə bəyanatı zamanı deyib.

"İki dövlətin qarşılıqlı sərmayə qoyuluşu barədə qərarları, həm Astara-Astara layihəsinə, həm də sabah açılışı olacaq avtomobil istehsalı müəssisəsinə sərmayə qoyuluşu göstərir ki, ölkələrimizin geniş əməkdaşlıq üçün güclü iradəsi var. Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilərik", - deyə Ruhani bildirib.

O həmçinin qeyd edib ki, İran və Azərbaycan enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq edə bilər.