Günün qoroskopu: şəxsi həyatınızda yaxşılığa doğru irəliləyiş mümkündür


Digərləri 29 Mar 2018 00:01:00 359 0

Günün qoroskopu: şəxsi həyatınızda yaxşılığa doğru irəliləyiş mümkündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Çətinliklər sizi qorxutmur, istənilən problemi həll etmək gücündəsiniz. Əgər hadisələrin inkişafı gözləmədiyiniz bir məcra ilə axırsa, özünüzü itirmirsiniz. Demək olmaz ki, işdə başgicəlləndirici uğurlar qazanacaqsınız, ancaq şərait elə də pis deyil. Şəxsi həyatınız, dostlarınız və sevgilinizlə ünsiyyət üçün vaxtınız qalır.

Uğurlu alış-veriş mümkündür, pulları ağıllıca xərcləyirsiniz. Köçmək, yaxud daşınmaz əmlakla bağlı digər problemləri həll etmək üçün münasib gündür. Aşiq Qoçları xoş sürprizlər gözləyir.

Buğa - Qeyri-adi hərəkətləriniz, orijinal ideyalarınız hər kəsi heyrətləndirəcək. Bu gün baş verənlər adi hadisələr deyil, bu səbəbdən sizin davranışınız da adi olmayacaq. Güclü emosiyalar, yeni təəssüratlar, hadisələr uzun müddət yaddaşınızdan silinməyəcək. Pul ala bilərsiniz.

Başgicəlləndirici bir eşq macərasına mübtəla olmağınız mümkündür. Bəzi Buğalar isə ilk baxışdan vurulacaqlar. Yaxınlarınızın qayğısına qalın, bu gün sevdiyiniz insanların nəyə ehtiyacı olduğunu çox gözəl anlayırsınız.

Əkizlər - Əməkdaşlığa başlamaq üçün əla gündür. Yeni insanlarla tanış ola bilərsiniz. Başqalarının gücünün yetmədiyi işləri qətiyyət və cəsarətlə öz üzərinizə götürür və əla nəticələr qazanırsınız. Əgər eyni zamanda həm səliqəli, həm də detallara qarşı diqqətli olsanız, nəticə möhtəşəm olacaq.

İnsanların çox olduqları tədbirlərə getmək, kütlə qarşısında çıxış etmək olar. Ekstravaqant davranmaqdan çəkinməyin: hamının diqqətini çəkmək ancaq xeyrinizə olacaq. Qiymətli hədiyyə ala bilərsiniz.

Xərçəng - Gün gözəl və məhsuldar keçərkən bir sıra gözlənilməz hadisələr baş verir. Heç nəyi diqqətsiz qoymaq olmaz. Odur ki, müşahidə qabiliyyətinizi itiləyin, xırdalıqları qaçırmayın. Aldığınız qərarları, fikirlərinizi açıqlamağa tələsməyin. Planları müzakirə etmək vaxtı hələ yetişməyib.

Ağıllı, maraqlı, hərtərəfli bacarıqlı insanlarla ünsiyyət qurun. Mədəni tədbirlərə, konfranslara, seminarlara, elmi müzakirələrə qatılmaq olar. Günün ikinci yarısı gözlənilməz qonaqlarınız ola bilər.

Şir - İşdə uğurlar qazana bilərsiniz. Çoxdankı məqsədlərinizə çata bilərsiniz. İstədiyinizi almaq üçün istənilən maneəni aşmağa, zəhmət çəkməyə hazırsınız. Tərəfdaşlarınız qələbələrinizlə qürur duyurlar və bunun sevincini paylaşmağa hazırdırlar. Azacıq maliyyə itkiləri mümkündür.

Qohumlarınızla münasibətləriniz ahəngdardır, yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Bir çox Şirlər planlaşdırdıqları əyləncələrdən imtina edərək günün əksər hissəsini ailə-məişət işlərinə sərf etməli olacaqlar.

Qız - Parlaq, yaddaqalan gündür. Sevinmək üçün asanlıqla bəhanə tapırsınız. Odur ki, pozitiv emosiyaların qıtlığından şikayətlənməyəcəksiniz. Ancaq narahatlığınız da az olmayacaq - istənilən xırdalığı ürəyinizə salmağa meyllisiniz. Təmkininizi qoruyun, bunu bacaracaqsınız.

Xeyli pul ala bilərsiniz. Ola bilər ki, aldığınız pulu dərhal xərcləyəsiniz. Bunda pis heç nə yoxdur. Alış-verişiniz uğurlu olacaq. Şəxsi xarakterli məsələləri tələsik həll etmək məsləhət deyil, bu gün düşünülməmiş hərəkətlər etməyə çox həvəslisiniz.