Hökmdarların ağlasığmaz ölüm anları HEYRƏTAMİZDİR FOTO


Digərləri 28 Mar 2018 23:54:00 393 0

Hökmdarların ağlasığmaz ölüm anları  HEYRƏTAMİZDİR  FOTO

Dünya tarixinin ən nəhəng hökmdarlarının qəribə taleləri və bəzən çox mənasız ölüm səbəbləri olub.

Son.az onların bir neçəsinin tarixçəsini təqdim edir:

Özünə gor qazan hökmdar

İspan kralı III Filip səliqə-səhmanı çox sevirdi. Tədricən ölkənin xarici siyasətini zəiflədən kral dəbdəbəli həyata üstünlük verirdi. Ölkəsini ərəb mənşəli ispanlardan və qaraçılardan təmizləmək üçün əhalinin böyük hissəsini sürgünə göndərir, edam etdirirdi. Məişət qaydalarında da yeniliklər edən III Filip yüksək zümrədən olan şəxslərlə bağlı bir sıra qanunlar qəbul etmişdi. Kralın qanunlarına əsasən zadəganlar özlərinə hətta şərab süzə bilməzdilər. Bu vəzifələri icra edən xüsusi nökərlər vardı.

Günlərin bir günü Filip sobanın yanındakı kətildə yuxuya dalır. Kətil sobanın istisindən alışıb-yanmağa başlayır. Saray əyyanları kralın kətilinə toxunmaq icazəsi olan yeganə qulluqçunu axtarıb-tapanadək otaq alovlanır, kral da yanaraq, dünyasını dəyişir.

Ehtiyatsız kral


Xəbərə aid fotolar