Dərinizi duzla təmizləyin


Digərləri 28 Mar 2018 23:33:00 307 0

Dərinizi duzla təmizləyin

Çox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır. Amma duzdan dərimizin təmizlənməsi üçün gözəllik vasitəsi kimni istifadə etmək olduqca faydalıdır. Son.az ailem.az-a istinadən duz ilə hazırlanan maskaları təqdim edir.

Tarazlaşdırıcı maska

Duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Həmçinin kəsik və yaraları sağaltma xüsusiyyəti ilə də diqqəti çəkir. Bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmiz edir.

Hazırlanması: 

İki çay qaşığı dəniz duzunu dörd çay qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə islatdığınız bir bez yardımı ilə üzünüzdən yavaşca silin. Daha sonra məsamələrinizi daraltmaq üçün üzünüzü soyuq su ilə  yuyun və hər zaman tətbiq etdiyiniz dəri qulluxunuzu edin.

Yağlanmanı önləyən tonik

Duz, dərin məsamələri təmizləmə və yağ istehsalını tənzimləmə təsiri sayısində sızanağa yol açan bakteriyaların dərimizdə yığılmasına əngəl olur.

Hazırlanması: 

Bir çay qaşığı dəniz duzunu 100 qram isti su dolu şüşədə əriyənə qədər qarışdırın. Təmizlənmiş dərinizə, yinə göz çevrənizə gəlməməsinə diqqət göstərərək sürtün, ya da asan və mütəmadi istifadə üçün sprey şüşəsi ilə üzünüzə püskürdün. Bunu gündə gündə bir, ya da iki dəfə ttəbiq edin.

Yumşaldıcı pilinq

Duz, ölü dəri təbii yollardan soyulmağa kömək edir. Həmçinin dərini yumşaldan və nəm tarazlığını təmin edən minerallar baxımından da olduqca zəngindir.

Hazırlanması: 

Yarım stəkan duz və yarım stəkan zeytun yağını qarışdırın və içinə kakos yağı əlavə edin. İstərsəniz sevdiyiniz esans yağlarından da 10 damcı qata bilərsiniz. Hazırladığınız pilinqi hamam lifi köməyi ilə, ya da ovcunuzla dərinizə yavaş hərəkətlərlə vurun.