Sağlam və enerjili olmaq üçün nə etməli?


Digərləri 28 Mar 2018 23:24:00 282 0

Sağlam və enerjili olmaq üçün nə etməli?

Yazda bir çox insanları yuxu basır, onlar tez yorulur, ən xırda məsələlərdən qıcıqlanır, zahiri görünüşləri isə xəstəhal olur. Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bütün bunlar qışın, günəş çatışmazlığının və avitaminozun fəsadlarıdır. Bəs sağlam və enerjili olmaq üçün nə etməli?

Alimlər bildirirlər ki, yazda günün işıqlı vaxtının uzanması nəticəsində orqanizmdə maddələr mübadiləsi sürətlənir: bu zaman insana daha çox enerji və hüceyrələrin yenilənməsi üçün zəruri olan faydalı mikroelementlər lazım olur. Bəsləyici maddələrin çatışmazlığı orqanizmin ümumi tonusunun düşməsinə, immunitetin zəifləməsinə və bunun nəticəsində mövsümi sağlamlıq problemlərinə, xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.

Həkimlər hesab edirlər ki, orqanizmin ümumi vəziyyətini möhkəmləndirmək üçün ilk növbədə ürək-damar sistemini qüvvətləndirmək lazımdır. Bu dövrdə xüsusən duz və maye qəbulu nəzarətdə saxlanmalıdır.

Bundan əlavə, tərkibində C, B, E və A vitaminləri olan məhsulları yemək faydalıdır. Alimlərin sözlərinə görə, bu nutriyentlər tonusun bərpa olunması, sinir sisteminin sabitliyinin saxlanması və dərinin vəziyyətinin yaxşılaşması üçün əsas maddələrdir.