Belə modellər dəbdən düşüb, GEYİNMƏYİN


Digərləri 28 Mar 2018 22:47:00 308 0

Belə modellər dəbdən düşüb, GEYİNMƏYİN

Bəzi stillər var ki, ürəyimizə yatır və daim ondan istifadə etmək istəyirik. Amma moda çox zalımdır və daim yeniliyi xoşlayır. Son.az ailem.az-a istinadən çoxdan dəbdən düşmüş və zövqsüz görünən stilləri diqqətinizə çatdırır.

Daim hündürdaban ayaqqabı geyinmək

Klassik hündürdaban ayaqqabılar sadəcə xüsusi yerlərdə geyilməlidir. Platforma ayaqqabılar onsuz da 2000-ci illərin sonunda atılmalı idi. Gündəlik kombinləriniz üçün ən ideal seçim düz ayaqqabılar və ya qısa dabanlılardır.

Həddindən çox plastik əməliyyatlar

Böyük sinə, ördək dodaqlar, qaşlara dəyən kipriklər, həddindən çox makiyaj dövrü sona çatıb. Əslində bunlar heç bir zaman moda olmayıb. Təbii gözəllik və ya bacarıqlı illizüyonların modası heç bir zaman keçməz.

Uzun dırnaqlar

Dırnaqlarınızı uzadırsınızsa, bu modanı düzgün izləmədiyinizin göstəricisidir. Bir də üzərinə qaşlar, naxışlar və ya aksessuarlar qoydurursunuzsa daha da pis. Burası isə dəqiqdir ki, uzun dırnaqlar zövqsüzlükdür, həm də istifadəsi narahatdır.

Eyni rəng və ya naxışlı ayaqqabı və çanta

Bir zamanlar ayaqqabı və çantanın eyni rəngdə və ya naxışda olmasına xüsusilə diqqət edilirdi. Həmçinin şapka, şal və əlcəklər üçün də bu keçərli idi. Lakin hazırda belə bir kombinlə olduqca zövqsüz görünəcəyiniz şübhəsizdir. Yenə uyğunluq yarada bilərsiniz, amma bu, 2 və daha çox parçanın eyni olacağı anlamına gəlmir. Tam əksinə, gözlənilməyən naxışların və rənglərin ziddiyyətindən bir ahəng yaratmaq sizə mükəmməl görünüş bəxş edər.


Xəbərə aid fotolar