Bahar yorğunluğundan yeyərək qurtulun: əsəbləriniz də sakitləşəcək


Digərləri 28 Mar 2018 22:32:00 230 0

Bahar yorğunluğundan yeyərək qurtulun: əsəbləriniz də sakitləşəcək

Mövsüm keçidlərində ortaya çıxan yorğunluq, gücsüzlük, pessimizm, depressiya kimi pis hallar baharın xoşbəxtliyini doyunca yaşamağa mane olur. Bahar yorğunluğuna qarşı ən təsirli həll yollarından biri, bəlkə də birincisi doğru qidalanmaqdır. Son.az ailem.az-a istinadən bahar yorğunluğuna yaxşı təsir edən qidaları təqdim edir.

Xurma ən yaxşı ara yeməyidir

Xurma kalium qaynağıdır və xüsusilə enerji, xoşbəxtlik verici qidalara başçılıq edir. Ehtiva etdiyi bir çox vitamin və mineral baxımından xurma, həm şirniyyat ehtiyacını aradan qaldırır, həm də toxluq hissi verir. Xurmanı diri formada yeyə bilmirsinizsə, bir neçəsini blenderdən keçirib top halına gətirərək yeyə bilərsiniz.

Yağları əridir, sakitlik verir

Bu dövrdə xüsusilə kafein və buna bənzər xəbərdaredici qidalardan uzaq dayanmaq məsləhətdir. Qəhvə və qara çay yerinə daha çox sakitləşdirici bitki çaylarına üstünlük verə bilərsiniz. Xüsusilə jasmin, melisa və çobanyastığı çayları həm yağ yandırmasına təsir edir, həm də bədənə sakitlik və dinclik verir.

Yemək aralarında qoz və ananas yeyin

Hər səhər 1-2 ədəd qoz yeyin. Bu, sizin göz və beyin hüceyrələrinizi qoruyacaq, sinir sisteminizi rahatlandıracaq. Qoz eyni zamanda depressiya vəziyyətlərinin də qarşısını alma xüsusiyyətinə malikdir. Gündə 2 dilim ananasla gün ərzində lazımi enerji toplaya bilərsiniz. C vitamini və lif faizi olduqca yüksək və yağ yandırmasına kömək olan ananası hər gün yeyə bilərsiniz.

Depressiyaya qarşı D vitamini

Bahar aylarında depressiya əlamətlərini azaltmağa kömək olan qidalara xüsusilə D vitamini tərkibi yüksək olanlar başçılıq edir. Süd və süd məhsulları, balıq və yumurta həm enerji verən, həm də bahar aylarında depressiyadan uzaq tutacaq qidalar arasındadır.

Hər səhər qaynadılmış yumurta, ya da qayğanaq yeyin. Həftədə ən az 3 dəfə qızartma, ya da sobada bişirilmiş balıq yeyin. Ara yeməklərində yulaf, meyvə və südlə qarışdırılmış qidalar həm süd qəbuluna, həm də D vitamini almağınıza kömək olacaq.

Depressiyaya qarşı çiyələk və banan