Böyükşor gölü üzərindən 8 zolaqlı yol çəkilir VİDEO


Şou-biznes 28 Mar 2018 21:54:00 364 0

Böyükşor gölü üzərindən 8 zolaqlı yol çəkilir  VİDEO

Bakıda nəqliyyatın sıxlığını azaltmaq üçün daha bir alternativ yol çəkilir.

Söhbət Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirən yeni yoldan gedir. Həmin yol Böyükşor gölünün üzərindən çəkilir.

Son.az bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən işlər sürətlə aparılır. Həmin yol Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Bu yolun çəkilməsində məqsəd xüsusilə günün pik saatlarında metronun ''Koroğlu'' stansiyası yaxınlığında sıxlığı azaltmaqdır.

8 xətli magistral yolda hazırda yolbərkitmə işləri aparılır.