Azərbaycanla Türkiyə arasında hərbitexniki əməkdaşlıq məsələləri müzakirə olunub


Siyasət 28 Mar 2018 20:38:00 251 0

Azərbaycanla Türkiyə arasında hərbitexniki əməkdaşlıq məsələləri müzakirə olunub

Ankarada rəsmi səfərdə olan Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir ilə görüşüb.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.