Hadı Rəcəblidən ETİRAZ: “Niyə fikirlərimi təhrif edirlər, mən başqa cür demişəm axı...”


Digərləri 28 Mar 2018 19:09:12 305 0

Hadı Rəcəblidən ETİRAZ: “Niyə fikirlərimi təhrif edirlər, mən başqa cür demişəm axı...”

Bu gün bəzi mətbuat orqanlarında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sosial şəbəkələrin bağlanmasına çağırış edən açıqlaması yayılıb. Bu açıqlama geniş ictimai müzakirəyə səbəb olub.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli modern.az-a açıqlamasında fikirlərinin təhrif olunduğunu vurğulayıb.

Deputat bildirib ki, o, "Sosial şəbəkələri bağlamaq lazımdır!" sözlərini deməyib.