BakıTiflis Qars dəmir yolu Avrasiyada iqtisaditicarəti münasibətləri daha da fəallaşdıracaq


Digərləri 28 Mar 2018 18:15:00 223 0

BakıTiflis Qars dəmir yolu Avrasiyada iqtisaditicarəti münasibətləri daha da fəallaşdıracaq

Bir müddət əvvəl Bakı-Tiflis Qars dəmir yolunun istifadəyə verilməsi 21-ci əsrin əsas layihələrindən birinə və regionda hər üç iştirakçı ölkə üçün tarixi hadisəyə çevrildi. O, təkcə regional dövlətlər arasında dəmir yolu sahəsində əməkdaşlığı ciddi şəkildə gücləndirmədi, həm də bu ölkələrin vətəndaşları arasında özünəməxsus körpüyə çevrildi. Ən vacibi isə odur ki, yeni dəmir yolu xətti təkcə ölkələri deyil, qitələri birləşdirir.

Son.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Day.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hətta bu dəmir yolu xətti mövcud olmasaydı belə, Azərbaycan tərəfdaş ölkələrlə ticarət dövriyyəsini artıra bilərdi. Lakin BTQ Asiya ilə Avropa arasında ən qısa nəqliyyat daşınmaları marşrutu oldu: "Bu marşrut regionda inkişafı daha da sürətləndirəcək və Avrasiyada iqtisadi-ticarəti münasibətləri daha da fəallaşdıracaq.

BTQ təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, yeni və perpsktivli nəqliyyat dəhlizinin istifadəsində maraqlı olan digər ölkələr üçün də geniş imkanlar açacaq. Bu cür ölkələrin sayı artır və bu da qanunauyğun və gözlənilən faktdır".