İtaliyadakı limanlardan birində partlayış baş verib, xəsarət alanlar var


Dünya 28 Mar 2018 17:31:57 258 0

İtaliyadakı limanlardan birində partlayış baş verib, xəsarət alanlar var

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub

Bakı. 28 mart. REPORT.AZ / İtaliyanın Livorno şəhərinin limanında partlayış baş verib.

Bu barədə "Report" "Ria Novosti"yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, limanda sistern partlayıb və nəticədə bir neçə fəhlə xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.

Tezalışan mayelərin saxlandığı zonada yaşayan insanlartəxliyyə edilib.