Bayram günlərində daha çox nədən zəhərləniblər?


Digərləri 28 Mar 2018 17:30:00 238 0

Bayram günlərində daha çox nədən zəhərləniblər?

Novruz bayramı günlərində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən əsas müraciətlər dəm qazından zəhərlənmə ilə bağlı olub.

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

A.Maqsudovun sözlərinə görə, Novruz bayramı günlərində 12 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların 7-si xəstəxanaya yerləşdirilib.