Porno saytlarla bağlı cərimə mesajı Rusiyadan gəlirmiş...


Kriminal 28 Mar 2018 17:10:00 389 0

Porno saytlarla bağlı cərimə mesajı Rusiyadan gəlirmiş...

Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yolu ilə Daxili İşlər Nazirliyinin adından törədilən kiberdələduzluq əməlinin hansı ölkə üzərindən və necə həyata keçirildiyinin üstü açılıb.

Son.az strateq.az-a istinadən xəbər verir ki, 200-dək vətəndaşımızın DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciətindən sonra hüquq-mühafizə orqanlarının başladığı ilkin araşdırmalara görə, bir qrup kiberdələduz xüsusi olaraq virus-proqramların yayılması üçün Rusiya ərazisində "www. police-azerbaijan.pw" adlı sayt açaraq, Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yoluyla Daxili İşlər Nazirliyinin adından xüsusi bildirişlər göndərməklə, onlardan pul tələb edirmişlər.

Vətəndaşlara Daxili İşlər Nazirliyinin adından göndərilən bu bildirişlərdə qeyd olunurmuş ki, onlar pornoqrafik məzmunlu saytlara  girdikləri üçün 80-120 manat məbləğində cərimə olunublar və telefonlarının bloklanmaması üçün mütləq  "Yandex.money", "Webmoney" və "Qivi" virtual pul kisələrinə terminallar vasitəsiylə cərimələri ödəməlidirlər.


Xəbərə aid fotolar