Naftalanda sanatoriya sürücüsü iş yoldaşını güllələyib - YENİLƏNİB


Sosial 28 Mar 2018 16:45:00 254 0

Naftalanda sanatoriya sürücüsü iş yoldaşını güllələyib - YENİLƏNİB

Faktla bağlı araşdırmalara başlanılıb

Naftalan rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə "Sehirli Naftalan" sanatoriyasında baş verib.

Belə ki, sanatoriyada qeydiyyatçı vəzifəsində çalışan G.İsayeva ilə həmin sanatoriyada sürücü vəzifəsində çalışan Hüseynov Əli Hüseyn oğlu arasındamüştəri üstündə mübahisə yaranıb. Mübahisə zəminində Ə.Hüseynov ov tüfəngi ilə qadını qarın nahiyəsindən güllələyərək yaralayıb. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***16:35

Naftalan. 28 mart.