Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi qeyd edilib FOTO


Digərləri 28 Mar 2018 15:45:00 248 0

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi qeyd edilib  FOTO

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi qeyd edilib.

Son.az DTX-nın saytına istinadən xəbər verir ki, peşə bayramı münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad etmiş, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülüb.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının unudulmaz xatirəsi yad olunub, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayon hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları binanın foyesində qurulmuş Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendə baxıblar.


Xəbərə aid fotolar