Türkiyə XİN: "Mənbicin azad edilməsi məsələsini ABŞla müzakirə edəcəyik"


Dünya 28 Mar 2018 15:27:00 230 0

Türkiyə XİN: "Mənbicin azad edilməsi məsələsini ABŞla müzakirə edəcəyik"

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun Vaşinqtona səfəri zamanı Suriyanın Mənbic şəhərinin PYD və YPG terrorçularından azad edilməsi məsələsi müzakirə ediləcək.

Son.az xəbər verir ki, Trend bu barədə Türkiyə XİN-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, H.Aksoy martın 30-u ABŞ-a səfər edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Mənbicə doğru hərəkət etdiyini bildirmişdi.