Donald Tramp: “Şimali Koreya lideri mənimlə görüşü səbirsizliklə gözləyir”


Dünya 28 Mar 2018 14:59:30 262 0

Donald Tramp: “Şimali Koreya lideri mənimlə görüşü səbirsizliklə gözləyir”

"Sanksiya və təzyiqləri nəyin bahasına olursa-olsun maksimal həddə saxlamaq vacibdir"

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın Pekinə səfəri ilə bağlı Çin sədri Si Tszinpindən mesaj aldığını təsdiqləyib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Dünən (martın 27-də - “Report”) Çinin sədri Si Tszinpindən Kim Çen Inla görüşünə dair mesajı aldım. Görüş çox yaxşı keçib. Kim mənimlə görüşü səbirsizliklə gözləyir. Bununla yanaşı, təəssüf ki, sanksiya və təzyiqləri nəyin bahasına olursa-olsun maksimal həddə saxlamaq vacibdir”, - ABŞ prezidenti yazıb.

Xatırladaq ki, Kim Çen In xarici ölkəyə ilk rəsmi səfərini Pekinə edib. Bu səfərdən sonra onun Donald Trampla görüşü gözlənilir.