5 milyonluq qaraçı toyu:


Digərləri 28 Mar 2018 15:05:00 320 0

5 milyonluq qaraçı toyu:

Ukraynanın Zakarpatye vilayətindəki Vinoqradov şəhərində "ilin toyu" olub.

Son.az UNİAN-a istinadən bildirir ki, toyda təzə bəyin 14, gəlinin isə 13 yaşı vardı.

Bəyin valideynləri toy hədiyyəsi olaraq gəlinə toplam ağırlığı 12,2 kq olan zinyət əşyaları alıblar. Həmin bəzəklərdəki brilyant və almaz qaşların çəkisi isə 15 karat idi. Bundan başqa, toy hədiyyələri arasında bəy üçün alınmış Bentley də vardı.

Gəlinə isə valideynləri cehiz qismində ümumilikdə 830 min avroluq bank hesabları, 2 villa, 4 mənzil, 7 avtomobil, 3,8 kq qızıl-zinyət əşyaları veriblər.

5 milyon dollara başa gəlmiş toyda gəlinin əynində 564 min avroluq geyim vardı. Onun bəzəklərinin dəyər isə 1,2 milyon dollardan artıqdı.