Mingəçevirdə 3 yaşlı körpə göldə boğuldu


Digərləri 28 Mar 2018 14:40:00 237 0

Mingəçevirdə 3 yaşlı körpə göldə boğuldu

Mingəçevir şəhərində üç yaşlı körpə göldə boğularaq ölüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.