Türkiyədə dolların məzənnəsi yenidən 4 lirəni ötüb


Digərləri 28 Mar 2018 14:05:46 202 0

Türkiyədə dolların məzənnəsi yenidən 4 lirəni ötüb

Qonşu ölkədə Amerika valyutasının tədricən bahalaşacağı gözlənilir

Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 4 lirəni üstələyib.

"Report" türk mətbuatına istinadənxəbər verir ki, bu, Amerika valyutasınınqlobal valyuta bazarlarında bahalaşması fonunda baş verib.

TRY/USD nisbəti 4,0012-yəqədər yüksəlib.

"Report"un analitik qrupu hesab edir ki,Türkiyədə dolların məzənnəsi il ərzində artmağa davam edəcək, qısamüddətli perspektivdə isə 1 dollar4,2-4,3 lirəyə qədər bahalaşa bilər. dolların ilin sonundan etibarən gözlənilən bahalaşması prosesinin Türkiyədən də yan keçməyəcəyigözlənilir.

Bu il Türkiyədə 1 dolların 5,5-6 lirə,2022-ci ilə qədər isə 8 lirə olması mümkündür.Buna səbəb ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sürətlə artırması olacaq. Bununla yanaşı LIBOR faiz dərəcələrinin gözlənilən artımı Türkiyənin maliyyə bazarı iştirakçılarının və şirkətlərinin borclanma xərclərini artıracaq. Bu da daxili bazarda faiz dərəcələrinin yüksəlməsinə,inflyasiyanın sürətlənməsinə, dollara tələbatın artmasına gətirib-çıxaracaq.

Türkiyə Mərkəzi Bankının (TCMB) məlumatına görə, ölkəninqısamüddətli xarici borcları bu ilfevralın 1-nə 122,7 mlrd. dollar təşkil edib. Bunun 68,4 mlrd. dollarlıq hissəsi bankların, 54,2 mlrd. dollardan bir qədər artıq hissəsi isə digər sektorların payına düşüb. Borcların 51%-i ABŞ dolları ekvivalentindədir.

Borcların yenidən maliyyələşməsinin tədricən bahalaşacağı və çətinləşəcəyi gözlənildiyindən, daxili bazarda dollara tələb artmağda davam edəcək.