MSK sədrindən prezidentliyə namizədlərin debatlarına münasibət


Siyasət 28 Mar 2018 13:41:07 261 0

MSK sədrindən prezidentliyə namizədlərin debatlarına münasibət

İctimai Televiziya və Radio Yayımları Şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı debatları normal aparılır və hər hansı bir xoşagəlməz hal baş verməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK qeyd edib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması da normaldır: "Təşviqat kampaniyası heç bir ölkədə ideal ola bilməz. Seçki prosesi böyük bir prosesdir və hər hansı halların olması normaldır. "Hər şey çox yaxşıdır" demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə, namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır".