Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb


Dünya 28 Mar 2018 13:32:01 274 0

Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın martın 30-da ABŞ-a səfər edəcək

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olanMembic əyaləti ilə bağlıməsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

“Report”“Ahaber”ə istinadənxəbər verir ki, o, ABŞ dövlət katibinin müavini ilə görüşəcək.

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfər etməsi nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi busəfərin təxirə salınmasına səbəb oldu.