Millimiz qrupda son oyununu keçirəcək


İdman 28 Mar 2018 12:50:00 269 0

Millimiz qrupda son oyununu keçirəcək

Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq İslandiya ilə oyunu adları qeyd edilən hakimlər idarə edəcək:

Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)

Baş hakimin köməkçiləri: Oleksandra Vdovina (Ukrayna), Anja Klimm (Almaniya)

Dördüncü hakim: Miriam Şveynefuv (Almaniya)