İşdən qovulan rəisin məhkəməsi başladı


Kriminal 28 Mar 2018 12:25:00 236 0

İşdən qovulan rəisin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovnik-leytenantı Fərhad Məmmədxanovun məhkəməsi başlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

F.Məmmədxanovun vəkili vəsatət verərək müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. Lakin vəsatət təmin edilməyib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses aprelin 14-də davam etdiriləcək.