Çin kosmik stansiyasi Dağıstana düşə bilər


Dünya 28 Mar 2018 12:12:00 370 0

Çin kosmik stansiyasi Dağıstana düşə bilər

Çinin birinci kosmik stansiyası "Tyanqun-1" ("Səma sarayı-1") atmosferə daxil olaraq həftə ərzində yanacaq, onun qalıqları isə Yer planetinə düşə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyindən xəbər verilib.

Hazırda stansiya 200 kilometr hündürlükdə yerləşir, hər gün isə bu məsafə 4 km azalır. Onun düşməsi yaxın günlərdə daha da sürətlənə bilər.

Gözlənilir ki, Yerə çatmağına 70 kilometr qalmış stansiya ikiyə bölünəcək.