Azərbaycanda bu saytlara girən “cərimələnir” Şok dələduzluq FOTO


Digərləri 28 Mar 2018 12:07:00 273 0

Azərbaycanda bu saytlara girən “cərimələnir”  Şok dələduzluq  FOTO

Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib. 

Son.az xəbər  verir ki, Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib.

Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə  abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub. 

Sayt məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət edib.


Xəbərə aid fotolar