Deputat: Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan haldır


Digərləri 28 Mar 2018 12:04:00 212 0

Deputat: Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan haldır

Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan haldır.

Bakı. Elçin Mehdiyev – Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə Ermənistana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər onun Ermənistan siyasi hakimiyyətinin əlində Azərbaycana qarşı istifadə edilən alət olduğunu növbəti dəfə təsdiqlədi. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, xüsusilə də K.Zatulinin aprel döyüşlərinin əsl mahiyyəti ilə bağlı, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi fikirlərlə bağlı yanaşmaları daha çox diqqəti cəlb edir, onun nə dərəcədə erməni mənafeyinə xidmət göstərdiyi, onların əlində bir alət olduğunu təsdiqləyir: