OPEC Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir


İqtisadiyyat 28 Mar 2018 11:14:23 231 0

OPEC Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir

Əməkdaşlığın müddəti 1 ildən 10-20 ilə qədər artırıla bilər

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvü olmayanRusiya və digər neft hasilatçısı ölkələri ilə uzunmüddətli əməkdaşlıq etmək istəyir.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunuSəudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman deyib.

"OPEC 1 illik sazişdən uzunmüddətli anlaşmaya keçid üzərində çalışır. Bu 10-20 illik müddəti əhatə edəcək", - o bildirib.

Şəhzadənin sözlərinə görə, belə bir razılaşma mövcuddur, lakin onun detalları hələlik işlənib hazırlanmayıb.

Qeyd edək ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələri arasında hasilatın həcminin azaldılmasına dairanlaşma bu ilin sonuna qədər qüvvədədir. Ötən həftə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih anlaşmanın müddətinin 2019-cu ildə də uzadılacağına ümid etdiyini bildirib.