Messi İspaniyanın 6-cı qolundan sonra tribunanı tərk edib


İdman 28 Mar 2018 11:16:00 250 0

Messi İspaniyanın 6-cı qolundan sonra tribunanı tərk edib

Futbol üzrə Argentina millisi və "Barcelona" (İspaniya) klubunun hücumçusu Lionel Messi yoldaşlıq matçında İspaniyanın argentinalıların qapısına vurduğu 6-cı qoldan sonra (6:1) tribunanı tərk edib.

Goal.az xəbər verir ki, Messi məşq zamanı cüzi zədə aldığından oyunda iştirak edə bilməyib.

İspaniyaya məğlubiyyət Argentina üçün antirekordun təkrarı olub.

1958-ci ildə Argentina eyni hesabla Çexoslovakiyaya, 2009-cu ildə isə Boliviyaya məğlub olub.