Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılır


Siyasət 28 Mar 2018 11:01:47 253 0

Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılır

Xatirə kitabı martın 28-29-da açıq olacaq

Rusiyanın Azərbaycandakı səfirliyində Kemerovoda baş vermiş yanğında həlak olanları anmaq məqsədi ilə xatirə kitabı açılır.

Rusiya səfirliyindən "Report"averilən məlumata görə, xatirə kitabı martın 28-dəsaat 15.00-dan 18.00-dək, 29-da isə saat10.00-dan 13:00-dək və 15:00-dan 18.00-dək açıq olacaq.

Bildirək ki,martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub. Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

Qeyd edək ki,Rusiya Prezidenti Vladimir Putin Kemerovoda baş vermiş faciə ilə bağlı martın 28-də Rusiyada matəm elan edilməsinə dair sənəd imzalayıb.