Kim Çen In ilk səfərinə çıxdı:


Digərləri 28 Mar 2018 10:01:21 346 0

Kim Çen In ilk səfərinə çıxdı:

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, 34 yaşlı Kim Çen In hakimiyyətə təyin edilməsindən bəri ilk xarici səfərinə çıxıb. O, xanımı Li Sol Çju ilə birlikdə Çin Xalq Respublikasına rəsmi səfər edib.

Son.az AsiaOne-a istinadən bildirir ki, Kim Çen In "Səmaaltı İmperiya"nın paytaxtında Çinin dövlət lideri Si Szinpinlə görüşüb və iki dövlət arasında dostluğun bundan sonra da davam edəcəyi vədini alıb.

Danışıqlar əsnasında Si Szinpin deyib: "Dövlətlərimiz arasında dostluq strateji, yeganə doğru seçimdir. Heç bir xarici amil bunu dəyişməməlidir".

Si Szinpinin sözlərinə görə, son ildə Koreya yarımadasında ciddi pozitiv dəyişikliklər baş verib: "Çin bunun üçün Şimali Koreyanın atdığı addımları dəyərləndirir".

Kim Çen ın isə bəyan edib ki, Cənubi Koreya və ABŞ ilə dialoqa, habelə nüvə silahından tədricən əl çəkməyə hazırdır.

"Lakin bu, sülhə nail olmaq üçün Vaşinqtonla Seulun ardıcıl, qətiyyətli səyləri şəraitində mümkündür. Dialoqun aparılmasında da Pekinin dəstəyinə bel bağlayırıq", - Kim Çen In söyləyib.