Prokuror avtomobil qəzası törədən şəxsin barəsindəki hökmdən narazıdır


Sosial 28 Mar 2018 10:07:33 251 0

Prokuror avtomobil qəzası törədən şəxsin barəsindəki hökmdən narazıdır

Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 30-na təyin edilib

Xaçmazda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin barəsində olanhökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un xəbərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 30-na təyin edilib.

Protest hakim Fərmayıl Zeynallının sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib. O.Abdullayev etibarnamə olmadan "Daewoo Nexia" marklı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb.

İttiham aktına əsasən, O.Abdullayev sürkan arxasında olan zaman içkili olub və hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev məhkəmə iclasında bildirib ki, ittihamda qeyd edilən O.Abdullayevin hadisə yerindən qaçma ittihamı sübuta yetirilməyib və həmin maddəyə bəraət verilib. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, O.Abdullayev cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkməlidir.